Quba sakini Xəzər dənizində boğulub

HADİSƏ 28 iyul 2025, 22:34
Quba rayon sakini Xəzər dənizində boğulub.

Oxu.Az xəbər verir ki, Xaçmaz rayonunun İstisu qəsəbəsi hissəsində qeydə alınıb.

Sözügedən ərazidə 50 yaşlı kişi dənizdə çimərkən boğulub. Boğulan şəxsin Qubanın Dəlləkli kənd sakini olduğu bildirilir.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Mərhumun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top