Prezident həmkarını təbrik etdi

XARİCİ SİYASƏT 28 iyul 2025, 11:48
Prezident İlham Əliyev Peru Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top