Bakıda çəyirtkələrin kütləvi artımı — Səbəb nədir?

GÜNDƏM 28 iyul 2025, 17:03
Son günlər Bakı və ətraf ərazilərdə çəyirtkələrin sayında ciddi artım müşahidə olunur. Kütləvi şəkildə görünən bu həşəratların yaratdığı mənzərə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bir çox sakinlər narahatlıq və panika keçirdiklərini bildirirlər. Mütəxəssislər isə bu artımın səbəblərinə diqqət çəkir və vəziyyətin nəzarətdə olduğunu bildirirlər.

Zooloq Tural Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, yaz-yay aylarında havaların uzunmüddətli isti və quraq keçməsi çəyirtkələrin çoxalması üçün əlverişli şərait yaradır:

“Rütubətli və küləksiz hava onların sürətlə yayılmasına səbəb olur. Çəyirtkələr otlaq və yaşıllıqlarda sürətlə çoxalır. Yaşıllıqların geniş sahədə qorunması və istifadəsiz sahələrin olması onların qida ehtiyacını artırır və çoxalmanı sürətləndirir. Bəzi ərazilərdə çəyirtkələrə qarşı vaxtında dərmanlama və monitorinq tədbirləri görülmədikdə onların sayı nəzarətdən çıxır. Bu, adətən yay aylarının ortalarında görünən dövri çoxalmadır. Əgər hava şəraiti dəyişərsə, say azala bilər. Aidiyyəti qurumlar lazımi dərmanlama tədbirlərini görsə, təhlükə yoxdur”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top