Ekspert: "Mətbuatın linç etmə kampaniyasının qarşısını almaq kimi missiyası yoxdur"

MEDİA 28 iyul 2025, 18:44
“Sosial mediada normal ədəb qaydalarının pozulması adi hala çevrilib. Bu artıq bu sahədə bir nömrəli problemdir. İnsanların şəxsi həyatlarına müdaxilə etmək, onları hər hansı bir məsələ ilə bağlı davamlı tənqid, təhqirə məruz qoymaq bəlkə də adi haldır”.

Bunu Demokrat.az-a açıqlamasında sosial media eksperti Yadigar Məmmədli deyib.

“Mətbuatın hər hansı hadisə ilə bağlı davamlı linç etmə kampaniyasının qarşısını almaq kimi missiyası yoxdur. Amma media bu məsələdə hansısa mövqe tuta bilər. Qarşı tərəfin, linçə, təhqirə məruz qalan insanlar haqqında onların özlərinin birbaşa fikirlərini cəmiyyətə çatdırmaq olar və bu lazımdır. Media obyektliyi qorumaq xatirinə buna şərait yaratmalıdır. Söhbət müdafiə etməkdən getmir. Media həqiqəti ortaya çıxarmaq üçün məlumatları hazırlayır və yayır. Bu, mətbuatın bu sahədə bilavasitə missiyasına aiddir və insanlar da mətbuatın, media orqanının bu mövqeyinə görə obyektiv məlumat ala bilərlər”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top