Təlim üçün Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayıb? — AÇIQLAMA

SOSİAL 28 iyul 2025, 16:54
“Ola bilər ki, ABŞ Ermənistana min nəfərlik kontingent göndərməyi planlaşdırır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, ABŞ hərbçiləri təlimlər üçün Ermənistana gəldiyi dövrdə, İran da, Rusiya da bundan çox narahat olmuşdu:

“Təxminən 2 min hərbçi gəlmişdi və bu hadisə geniş işıqlandırılmışdı. İran və Rusiya tərəfindən narahatlıq dilə gətirilsə də, hansısa konkret addımlar atılmamışdı. Maraqlısı budur ki, həmin hərbi kontingentin gəlişi barədə məlumat var idi, amma gedişi barədə heç nə deyilmədi. O dövrdə bəzi qeyri-rəsmi mənbələrdə həmin kontingentin hələ də Ermənistanda qaldığı bildirilirdi. Xüsusən də bu, "Zvartnots"dan rus hərbçilərinin çıxmasından sonra baş verdi.

Hətta belə bir informasiya var idi ki, "Zvartnots" və digər strateji obyektlərin mühafizəsi məhz həmin kontingentə həvalə olunur. Bu cür qeyri-rəsmi məlumatlar var idi. İlkin mərhələdə müəyyən narahatlıqlar dilə gətirilsə də, sonra bu məsələ ətrafında olan ajiotaj səngidi. Amma yenidən belə bir məlumatın yayımlanması, yeni bir ajiotaj dalğasının yaranmasına gətirib çıxara bilər. Amma düşünmürəm ki, bundan o yana getsin. Əgər həqiqətən bu olacaqsa, uzağı bir-iki etiraz notası verilə bilər. Çünki Ermənistan üçün də müəyyən təhlükəsizlik məsələləri var. Əgər ABŞ ilə belə bir anlaşma varsa, deməli, Ermənistan bunu zəmanətli şəkildə edir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top