Koronavirusun meydana çıxmasından sonra yaranan onlarla variantdan biri də “Nimbus” ştammıdır. Bu, bəzi ölkələrdə sürətlə yayılmağa başlayıb, xüsusilə ABŞ və bir sıra Avropa ölkələrində üstünlük qazanıb.
Terapevt Kamran Əhmədov Demokrat.az-a açıqlama verib
Həkim deyib ki, koronavirusun “Nimbus” adlı yeni variantı ilə bağlı yaranan narahatlıqlar əsassız deyil:
“Bu variant son zamanlar ABŞ və bəzi Avropa ölkələrində daha sürətlə yayılmağa başlayıb və artıq dominant ştamm kimi qeydə alınıb. Həkimlərin və virusoloqların ilkin müşahidələrinə əsasən, Nimbus variantı bir sıra yeni mutasiyalar daşıyır və yoluxuculuğu əvvəlki variantlara nisbətən daha yüksək ola bilər. “Nimbus” versiyası Omicronun alt-variantlarına bənzər şəkildə daha tez yayılır. Xüsusilə yoluxma zənciri evlərdə və qapalı məkanlarda sürətlə qurulur. Simptomları digər Omicron variantlarına bənzəyir: yüksək hərarət, boğaz ağrısı, burun axıntısı, halsızlıq və bəzən quru öskürək. Lakin bəzi hallarda daha uzunmüddətli halsızlıq və baş ağrısı müşahidə olunub. “Nimbus” ştammı əksər hallarda yüngül və ya orta ağırlıqlı gedişatla müşahidə olunur. Lakin yaşlılar, xroniki xəstəliyi olanlar və peyvənd olunmamış şəxslər üçün ağırlaşma riski saxlanılır. “Nimbus” mutasiyalara uğrasa da, mövcud peyvəndlər hələ də ağırlaşmalara və xəstəxanaya düşmə riskinə qarşı qoruyucudur. Yeni “booster” doza adaptasiya olunmuş formalarda hazırlanır və bəzi ölkələrdə tətbiqinə başlanılıb”.
Leyla Turan
Demokrat.az