
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni açılışa hazırlaşan obyekt ətrafında narazılıq yaranıb. Söhbət Mirzəağa Əliyev küçəsində Vəfadar Məmmədova məxsus olan obyektin ətrafında baş verən mübahisədən gedir. Bir qrup insan müxtəlif orqanlara müraciət edib ki, guya obyekt sahibi tikinti zamanı qəsəbənin ümumi istifadəsində olan yol hissəsini kəsərək, həm piyadaların, həm də nəqliyyatın hərəkətinə maneə yaradıb.
Məsələ yerli mediada ictimailəşdiyi üçün biz də çəkiliş qrupumuzla birlikdə əraziyə yollandıq və tərəflərin mövqeyini öyrənməyə çalışdıq.
Əraziyə baxış zamanı məlum oldu ki, yolun zəbt edilməsi ilə bağlı deyilənlər reallığı əks etdirmir. Əksinə, obyektə bitişik hissədə yol daha da genişləndirilib və keçidə maneə yoxdur.
Maraqlıdır ki, illər əvvəl qanuni şəkildə alınmış və uzun müddət hasarlanmış bu torpaq sahəsinə indiyədək heç bir narazılıq bildirilməyib. Məhz indi, obyektin istifadəyə verilməsinə az qalmış belə bir insidentin yaranması isə əsassız görünür.
Ətraflı videosüjetdə: