"Süni intellekt ictimai rəyə neqativ təsir göstərir" — AÇIQLAMA

GÜNDƏM 28 iyul 2025, 16:35
"Süni intellekt və İKT texnologiyalarının sürətli inkişafı cəmiyyətə həm müsbət, həm də neqativ təsirlər göstərir. Bəzi şəxslər bu texnologiyalardan manipulyativ məqsədlərlə istifadə edərək ictimai rəyi, milli-mənəvi və əxlaqi dəyərləri zədələyirlər"

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. 

O bildirib ki, süni intellektin etik çərçivədə və hüquqi məsuliyyət nəzərə alınaraq istifadəsi zəruridir:

"Prezidentin 2021-ci ildə təsdiqlədiyi süni intellekt üzrə milli strategiyada bu məqamlar xüsusi vurğulanır. Strategiya çərçivəsində süni intellektlə bağlı tədqiqatların aparılması və bu sahənin tənzimlənməsi məqsədilə institutların yaradılması tövsiyə olunur".

Şəfiyev qeyd edir ki, hüquq-mühafizə orqanları bu sahədə müəyyən addımlar atsa da, monitorinq və maarifləndirmə işləri gücləndirilməlidir:

"Süni intellekt vasitəsilə hazırlanan saxta kontent ictimai rəyə neqativ təsir göstərir. İstifadəçilər bu texnologiyadan hüquqa zidd məqsədlərlə istifadə etdikdə məsuliyyət daşıdıqlarını bilməlidirlər.Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olunub ki, “Media haqqında” və “Telekommunikasiya haqqında” qanunlara süni intellektlə bağlı müddəalar daxil edilib. Sosial şəbəkələrin fəaliyyətini ayrıca qanun tənzimləməli və burada süni intellektlə bağlı xüsusi bəndlər də yer almalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top