“Təəssüflər olsun ki, AZAL-ın təyyarəsinin vurulmasından sonra atılan addımlar dövlətlərarası münasibətlərə zərbə vurdu və hazırda xeyli gərgin mərhələdəyik. Belə proseslərin getdiyi dövrdə özünü anti-Rusiya kimi göstərən müəyyən daxili qüvvələr, o cümlədən onların xarici uzantıları da fərqli, manipulyativ addımlar ataraq Azərbaycanın bölgə dövlətləri ilə münasibətlərinin daha da kəskinləşməsini təşviq edən mövqeləri gündəmdə saxlayırlar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan faktiki olaraq nə İrana, nə Rusiyaya qarşı provokativ bir davranış ortaya qoymayıb:
“Baxmayaraq ki, Britaniya və Türkiyənin adını qabardaraq iddia edirlər ki, guya Azərbaycan satelit bir tərəf kimi üçüncü qüvvələrə qarşı cəbhənin açılmasında iştirak edir. Halbuki Avropa Birliyinin Zəngəzur dəhlizinə qədər gəlib çıxan müşahidə missiyasına qarşı ən kəskin etirazı Azərbaycan etmişdi. Təsadüf deyil ki, İlham Əliyev Şuşadakı çıxışında həmin qüvvələri casus kimi qələmə verdi”.
Zahid Orucun sözlərinə görə, müəyyən qüvvələr 2013-cü ildəki "Milyarderlər İttifaqı" layihəsinin hansısa formada təkrarını arzulaya bilərlər:
“Ancaq nə o milyardlar var, nə də həmin qüvvələr. Lakin təəssüflər olsun ki, dövlət və dövlət lideri əleyhinə müxtəlif təhqir kampaniyaları, linç əməliyyatları həyata keçirilir. Bu gün Avropada o qüvvələr mövcuddur.
Ölkəmizdə isə dəyişən konjonkturaya uyğun olaraq, dünənə qədər özünü anti-Rusiya kimi göstərənlər bu gün fərqli davrana bilərlər. Guya Azərbaycan hakimiyyətinə, dövlətinə uyğun olmayan hər hansı siyasət bunlara fayda verə bilər. Çünki proqramlarında əsas müddəa kimi yer alan Qarabağ məsələsi əldən çıxıb. İndi nə ilə, hansı ideologiya ilə meydana çıxsınlar? Yeni ideologiya lazımdır – o isə yoxdur. 90-cı illərdə məhz həmin Qarabağ şüarı ilə siyasətə gəlmişdilər. İndi vəziyyət dəyişib və düşünürəm ki, anti-Rusiyaçıların indi birdən-birə dəyişib dövlətə qarşı çıxmalarının yalnız özlərinə zərəri var”.
Cavidan Mirzəzadə
Demokrat.az