Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Bu məsələ bir müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir. Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur.
Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, adətən faydalı və xeyirli təşəbbüslərin inkişafı kifayət qədər sürətli olmur:
“Halbuki bu, belə olmamalıdır. İnsanlar öz həyatlarını yüngülləşdirmək üçün ən elementar təşəbbüsləri rahatlıqla göstərə bilməlidirlər. 21-ci əsrdə hansı xalqa desən ki, bu cür məsələlərə görə müəyyən çətinliklər yaşanır, təəccüblə qarşılayarlar. Təəssüf ki, bəzi sadə məsələlər bizdə əsassız şəkildə prinsipə çevrilir, mənasız dəyərlərlə yüklənir və nəticədə cəmiyyətin bütün təbəqələri bu yanaşmanın əziyyətini çəkir. Halbuki bu cür məsələlər çox rahat şəkildə və ağıl çərçivəsində həll oluna bilər. Ona görə də hesab edirəm ki, bu sahələrdə qərar qəbul etməkdə bir az daha cəsarətli olmaq kifayət edər ki, problem də kökündən aradan qalxsın”.
Leyla Turan
Demokrat.az