"Cənab Prezident bu gün növbəti dəfə mühüm bir sənəd imzalayaraq təqaüdləri artırdı. Əslində, bu məsələ bir müddətdir gözlənirdi. Vətəndaşlar tez-tez sual edirdilər ki, təqaüdlərin nə vaxt qaldırılması planlaşdırılır. Eləcə də biz tez-tez tələbələrdən belə müraciətlərlə rastlaşırdıq. Artıq dövlətimiz böyüklük göstərərək bu qərara gəldi və təqaüdlər artırıldı".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, təqaüdlərə bizim gənclərimizin çox böyük ehtiyacı var:
Təqaüdlərdən bəhrələnmək üçün də mütləq şəkildə dövlətin dəstəyinə ehtiyac var:
"Dövlətimiz bu dəstəyi göstərdi. Məbləğ yüksəkdir və bu, tələbələrimizin həyat şəraitinə öz müsbət və ciddi təsirini göstərəcək. Gənclərimiz, daha yaxşı təhsil ala biləcəklər. Bu mənada belə bir addım atılması olduqca vacibdir və biz bunun çox ciddi nəticələrini mütləq şəkildə görəcəyik və hiss edəcəyik."
Əfsanə Kamal
Demokrat.az