“Dedilər sən mənim qohumumsan…” — 23 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti (VİDEO/FOTOLAR)

GÜNDƏM 24 iyul 2025, 00:12

Azərbaycanda bu il milli mətbuatın 150 illiyi qeyd olundu. 

AzPost bildirir ki, son 25 ildə ölkə mediası ilə dövlət rəsmiləri arasında münasibətlər müxtəlif formatlarda əksini tapıb.

İnternetdə mərhum prezident Heydər Əliyevlə qəzet baş redaktorları arasında maraqlı söhbətin görüntüləri yayımlanıb. Araşdırmaçı jurnalist Füzuli Sabiroğlunun arxivindən olan bu görüntülər 23 il əvvələ aiddir.

22 mart 2002-ci il tarixində “Hyatt Regensy” mehmanxanasında dövlət başçısına “Jurnalistlərin dostu” mükafatı təqdim olunub.

Həmin ilin yanvarında “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2001-ci il üçün “Jurnalistlərin dostu” və “Jurnalistlərin düşməni” nominasiyaları üzrə ənənəvi sorğuya yekun vurub. Anonim keçirilən sorğuda respublikanın müxtəlif kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.

Sorğunun nəticələrinə görə, “Jurnalistlərin dostu” nominasiyası üzrə birinci yer Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə verilib. Prezident Heydər Əliyev jurnalistlərin dostu elan edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev  bu qərarı “qeyri-adi bir hadisə” adlandırıb.

“Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.

Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür”deyə prezident çıxışında vurğulamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top