Hakan Fidan Rusiya və Ukrayna arasında danışıqların əsas məqsədini açıqlayıb

DÜNYA 23 iyul 2025, 22:25
"Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqların əsas məqsədi atəşkəsə nail olmaq və sülh yolu ilə münaqişənin həllinə töhfə verməkdir".

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların növbəti raundu çərçivəsində çıxışı zamanı bildirib.

"Bu üçüncü raundda məqsədimiz tərəflərin memorandumlar üzrə nəticəyönlü məsləhətləşmələr aparmasıdır. Əsas məqsəd isə atəşkəs vasitəsilə sülh yolunun açılmasına şərait yaratmaqdır",-deyə Hakan Fidan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə danışıqlar prosesinin irəliləməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə daim hazırdır.

Bundan əlavə, türkiyəli nazir vurğulayıb ki, əgər atəşkəs barədə razılaşma əldə olunarsa, Türkiyənin bu prosesi izləmək üçün zəruri infrastruktur imkanları mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top