Azərbaycan Bişkekdə uşaq xəstəxanası inşa edəcək

DÜNYA 23 iyul 2025, 15:51
"Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekdə uşaq xəstəxanası inşa edəcək".

Demokrat.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev bildirib.

O bildirib ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbul edilib.

"İlkin olaraq tikinti işlərinin ölkənin şimal-şərqindəki İssık-Kul vilayətində aparılması planlaşdırılırdı, lakin Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərindən sonra tibb müəssisəsinin məhz Bişkekdə tikilməsinə qərar verilib. Hazırda hazırlıq işləri aparılır. Yeni xəstəxananın tam təchiz edilmiş müasir müalicə müəssisəsi olacağı gözlənilir".

K.Tumanbayev əlavə edib ki, xəstəxana Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana hədiyyəsi olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top