YapiKredi Müraciət Forması
Cəmiyyət Mədəniyyət

Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR

Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR

Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda Salyanda qeyd olunub.

Demokrat.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon ictimaiyyətinin bir qrup nümayəndələri və ziyalılar iştirak ediblər. İştirakçılar istiqlal şairi Xəlil Rza Ulutürkün və onun oğlu, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidələri önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Xəlil Rza Ulutürkün zəngin ədəbi irsindən, onun Azərbaycan xalqının milli azadlıq mübarizəsindəki müstəsna xidmətlərindən bəhs edib. Qeyd edib ki, şairin yaradıcılığı və vətənpərvərlik ruhu ilə zəngin əsərləri gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, vətənə sevgi və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.

Rüstəm Xəlilov həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəman Təbriz Xəlilbəylinin qəhrəmanlığından danışaraq, şəhidlərin xatirəsinin daim uca tutulmasının və onların şərəfli həyat yolunun gələcək nəsillərə örnək göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, şairin doğulduğu Salyan torpağında xatirəsinin anılması onun irsinə göstərilən ehtiramın, gələcək nəsillərə ötürdüyü azadlıq və mübarizə ruhuna verilən dəyərin ifadəsidir. Xəlil Rza Ulutürkün ölməz poeziyası, milli ruhu və istiqlal idealları bundan sonra da Azərbaycan xalqının yaddaşında yaşayacaq, gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.

Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
Xəlil Rza Ulutürkün doğum günü öz yurdunda qeyd edildi — FOTOLAR
1 / 7

Editor
Redaktor