Rusiyada "Stratus" (variant XFG) adlı yeni növ koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunub.
Demokrt.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırda bu virusa 114 yoluxma halı qeydə alınıb.
Bildirilib ki, Rusiyada bu virusa ilk yoluxma halı aprelin 24-də qeydə alınıb.
54% yoluxma halı Moskvada müəyyən edilib. Bu səbəbdən digər rayonlardan da nümunələr götürülüb.
Ekspertlər qeyd edir ki,"Stratus" (variant XFG) çox yoluxucudur, lakin xəstəliyin daha ağır gedişatına gətirib çıxarmır.
Bu virus LF.7 və LP.8.1.2 subvariantlarının birləşməsi nəticəsində yaranır. Onun əsas xüsusiyyəti yüksək səviyədə yoluxucu olması və səsdə xırıltı yaranmasıdır.
Simptomlar, omikronun digər variantları kimi adətən yüngül olur.