Türkiyənin müxalif Anahtar Partiyasının sədri Yavuz Ağıralioğlu həbsxanada olan jurnalist Fatih Altaylını ziyarət edib.
SAVASHMEDİA.az xəbər verir ki, ziyarət əsnasında partiya sədri Fatih Altaylının suallarını cavablandırıb.
Y.Ağıralioğlu hakim AKP tərəfindən dəstəkləndikləri iddialarına belə cavab verib:
“Bu, bizə, siyasətimizə Meral Akşener və Sinan Oğanın buraxdığı ləkədir. Hamı onlara görə bu gün çətinlik içindədir və haqlı olaraq da inamlarını itiriblər. Bizim də Meral Akşenerlə Sinan Oğan kimi 50 milyon dollar qarşılığında seçicilərimizi, inananları satacağımızı düşünürlər. Ancaq mən AKP-yə yaxınlaşmaram. Çünki bilirəm ki, kölgəyə sığınanın kölgəsi olmaz”.
Xatırladaq ki, Yavuz Ağıralioğlu 28 mart 2023-cü ildə 5 ildir üzvü olduğu İYİ Partiyasından istefa verib. 30 oktyabr 2024-cü ildə isə Anahtar Partiyasını qurub.