Kürdəmirdə yenə kütləvi zəhərlənmə hadisəsi baş verdi — VİDEO

HADİSƏ 23 iyul 2025, 23:18

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb, 8 nəfər xəstəxaya yerləşdirlib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Cəyli kəndində baş verib. Kənddə Şükürovlar ailəsi qohumları ilə birgə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Vəziyyətləri yaxşı olmayan 8 nəfər xəstəxanaya aparılıb. Aralarında azyaşlılar da var.

Hazırda onlar evdə olsalar belə, həkim nəzarətinda saxlanılır.

Məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır. 

Qeyd edək ki, bundan əvvəl rayonda bir restoranda da zəhərlənmə olmuşdu. Bu hadisədə isə 24 nəfər xəstəxanaya müraciət etmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top