Attestasiyadan sonra bu müəllimlərin dərs yükü artıb

GÜNDƏM 23 iyul 2025, 18:21
"Səriştələrin qiymətləndirilməsi: Peşəkar müəllim inkişafı" adlı tədbirdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan bölgələrində attestasiya mərhələsində nəticə əldə edə bilməyən pedaqoqların əvəz olunması ilə əlaqədar statistik göstəricilər təqdim olunub.

Demokrat.az
bildirir ki, tədbirdə səsləndirilən rəqəmlərə əsasən, fortepiano ixtisası üzrə çalışan müəllimlərin orta həftəlik dərs saatı attestasiya öncəsi 23,5 saat təşkil etdiyi halda, attestasiya başa çatdıqdan sonra bu rəqəm 33 saata çatıb.

Digər tərəfdən, musiqi nəzəriyyəsi fənnini tədris edən müəllimlərin dərs yükləri də artım göstərib – əvvəlki dövrdə 20 saat olan bu göstərici, attestasiya sonrası 29,5 saatadək yüksəlib.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top