Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir. İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq. Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı bildirib.
O deyib ki, ölkəmizdə idarəetmə sistemində aparılan islahatlar davamlı və sistemli xarakter daşıyır:
“Məlum olduğu kimi, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasətdə islahatlar xüsusi yer tutub. Bu islahatlar siyasi, iqtisadi, sosial və hüquqi sahələri əhatə edir və eyni zamanda, yerli idarəetmə strukturlarının təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılıb.
Xüsusilə, ayrı-ayrı sahələr üzrə regional idarəetmə modellərinin formalaşdırılması bu struktur dəyişikliklərinin əsas tərkib hissələrindən biridir. Məqsəd zamanın çağırışlarına uyğun olaraq idarəetməni çevik, şəffaf və səmərəli qurmaq, məmur-vətəndaş münasibətlərini daha əlçatan və sivil müstəviyə keçirməkdir”.
Sabiq deputat bildirib ki, bu islahatlar çərçivəsində yerli idarəetmə sistemində də yeniliklər tətbiq olunur:
“Prezidentin xüsusi nümayəndə institutunun yaradılması xüsusilə azad edilmiş ərazilərimizdə və Naxçıvan Muxtar Respublikasında bu prosesin mühüm mərhələsidir. Gələcəkdə isə bu modelin bütün ölkə üzrə genişlənməsi istisna deyil. Bir sıra mövcud idarəetmə strukturlarının fəaliyyətsiz qalması və funksional əhəmiyyətini itirməsi onların ləğvini və daha çevik qurumlarla əvəz olunmasını zəruri edir. Bu da dövrün tələblərinə uyğun yeni idarəetmə sisteminin formalaşmasını qaçılmaz edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu konsepsiya dövrün reallıqlarına söykənən, çeviklik və funksionallıq prinsipini özündə birləşdirən yeni idarəetmə modelidir. İnanırıq ki, bu islahatlar yaxın zamanda da davam edəcək və ölkəmizin inkişafına mühüm töhfə verəcək”.
Leyla Turan
Demokrat.az