COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

SOSİAL 23 iyul 2025, 13:06
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
23 iyul 2025, 18:38
Top