“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə təşkil edib.
Demokrat.az xəbər verir ki, tədbirdə Birliyin sədri Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov, DİN Baş DYP İdarəsindən, AYNA-dan və Fövqəladə Hallar Nazirliyindən rəsmi şəxslər, eyni zamanda ekspertlər, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Elməddin Muradlı nəqliyyat hadisələrinin təsnifatından danışarkən bildirib ki, bir çox nəqliyyat hadisələrinin qarşısını almaq mümkündür:
“Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir".
Cavidan Mirzəzadə
Demokrat.az