"Postsovet ölkələrində Çin mallarına böyük inamsızlıq var. Yaxın 10 ildə Azərbaycanda böyük Çin avtomobilləri qəbiristanlığı əmələ gələcək. Dövlət bir yandan ekologiyanın qorunması üçün işlər aparır, digər yandan ekologiyanı ciddi şəkildə çirkləndirən "akkumulyatorla" işləyən avtomobillər idxal olunur. Hələki ehtiyat hissələri çatışmazlığı və bahalığına görə şikayətlər var. Azad İstehsalçılar Birliyinə telefon zəngləri şəklində şikayət gəlir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O bildirib ki, əgər bir şirkət bazara girirsə, onun ölkənin hər yerinə bölüşdürülən servis xidməti olmalıdır:
"Çin avtomobillərinin servis mərkəzləri əlçatan olmalıdır. Araşdırmalarımız göstərir ki, hətta Koreya avtomobillərinin Çində istehsal olunan saxta hissələri ölkəmizə gətirilir. Çində də Azad İstehsalçılar Birliyi kimi təşkilat var.
Onlar bildirir ki, hökumət belə malların istehsalını qadağan etmir. Bu yaxınlarda bir vətəndaş şikayət etdi ki, Çin istehsalı avtomobili alıb və 1 ildən sonra ön qapılarının rəngi dəyişib. Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 1 aydan çoxdur ki, şikayət göndərsək də, məsələ həll olunmayıb. Vətəndaş avtomibili dəyişdirmək və ya qiymətinin aşağı salınmasını tələb edir. Bu kimi hallar hətta rəsmi distrübütordan alınan zaman da ortaya çıxır".
Əfsanə Kamal
Demokrat.az