Sertifikasiyadan keçə bilməyən bəzi müəllimlər qanunsuz yollarla yenidən işlərinə davam etmək istəyirlər. Bu zaman dələduzluğun qurbanı olurlar. Hər il olduğu kimi bu il də bir neçə müəllimə pul qarşılığında işlərinə geri qayıdacaqları vədi verilib. Bu halda həmin şəxsləri hansı cəzalar gözləyir?
Problemlə bağlı vəkil Emil Aslanov Demokrat.az-a açıqlama verib.
Vəkil bildirib ki, işə düzəltməyi vəd verən şəxs əgər doğrudan da işə düzəltmək səlahiyyətinə malik olan şəxsdirsə, bu halda orada rüşvət alma maddəsi ilə cinayət işi qaldırıla bilər:
"Əgər aldadaraq, yalan vəd veribsə və heç bir səlahiyyətə malik olmayan şəxsdirsə, bu halda dələduzluq cinayət tərkibi yaranır. Bu da aldığı məbləğdən asılı olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun şəkildə cinayət məsuliyyətinə səbəb ola bilər".
Əfsanə Kamal
Demokrat.az