Bu il gilas və vişnə əvvəlki illərlə müqayisədə rekord səviyyədə bahalaşıb. Ötən illərdə kilosu 3-3.50 manatdan yuxarı olmayan meyvə bu mövsüm 6-7 manata təklif olunur. Marketlərdə qiymətlər daha da yüksəkdir. Belə ki, gilas 14-15 manat aralığında satışa çıxarılıb. Vətəndaşlar, xüsusilə mağazalarda belə məhsulların satılmasının bahalaşmaya yol açdığını bildirirlər.
Bununla bağlı kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, son zamanlar bazarlarda gilasın qiymətində müşahidə olunan kəskin artım ictimai müzakirələrə səbəb olub:
“Bu vəziyyətin yaranmasında bir sıra iqtisadi, iqlim və idarəetmə amilləri rol oynayır. İlk növbədə, 2025-ci ildə ölkənin bir çox bölgəsində iqlim dəyişiklikləri, xüsusilə dolu və aramsız yağışlar gilasın məhsuldarlığına mənfi təsir göstərib. Məhsul miqdarının azalması təklifin azalmasına, bu da qiymətlərin artmasına səbəb olub. Eyni zamanda, gilas digər meyvələrdən fərqli olaraq daha çox təlabat görür. Xüsusi günlərdə, evlərdə süfrələrə bəzək kimi qoyulan gilas həm görünüş, həm də dad baxımından fərqləndiyi üçün daha çox alınır. Gilasın yüksək qiymətə satılmasının digər səbəbi isə onun yetişdirilmə prosesinin baha və uzunmüddətli olmasıdır. Ağac əkildikdən sonra ən azı 3-5 il ərzində məhsul verir, bu müddət ərzində isə bağbanlar xeyli xərc çəkməli olurlar. Bu amillər də maya dəyərinə və nəticə etibarilə bazar qiymətinə təsir edir”.
Ekspert əlavə edib ki, digər mühüm məsələ isə kənd təsərrüfatı məhsullarının marketlərdə baha satılmasıdır:
“Məhsullar əvvəlcə fərdi təsərrüfatlardan alınır, daha sonra isə böyük market şəbəkələrinə verilir. Marketlər bu məhsulları yüksək faizlə geri qaytarma və zay olan malların məsuliyyətini üzərinə götürməməklə tədarükçünü çətin vəziyyətdə qoyurlar. Bu isə nə istehsalçı, nə də alıcı üçün sərfəlidir qazanan yalnız marketlər olur. Bu vəziyyətin əsas səbəblərindən biri də Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlıdır. Agentliyin kənd təsərrüfatı sistemindən kənarda müstəqil fəaliyyət göstərməsi və qeyri-şəffaf mexanizmlərlə işləməsi qiymət siyasətinə birbaşa mənfi təsir göstərir. Ekspertlərin fikrincə, Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyinə tabe olarsa, bu sahədə koordinasiya və nəzarət daha səmərəli olar. Gilasın qiymətindəki artım təkcə bir mövsümi hadisə deyil, struktur və idarəetmə problemlərinin birbaşa nəticəsidir. Problemin həlli üçün istehsal zəncirində şəffaflıq, düzgün marketinq siyasəti və kənd təsərrüfatı sahəsinə real dəstək zəruridir”.
Leyla Turan
Demokrat.az