Azərbaycanda "daşıyıcı" analıq: Dini baxımdan bu doğrudurmu? — AÇIQLAMA

SOSİAL 10 iyul 2025, 13:23
"İslam dinində daşıyıcı analıq (surroqat analıq) məsələsi mürəkkəb mövzu olsa da, dinimizin əsas məzhəblərinin və müasir fiqh alimlərinin bu məsələyə dair ümumi mövqeyi var. 

Belə ki, şəxsin nikahda olmadığı bir qadınla daşıyıcı analıq anlaşması caiz (icazəli) hesab edilmir. Alimlərinbu işi qadağan etməsinin müəyyən səbəbləri var".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutu, İslamşünaslıq kafedrası müdiri, dosent Əhməd Niyazov deyib. 
 

O bildirib ki, Əsas səbəb nəsəbin, yəni soyun qarışması riskidir:

"İslamda nəsəb (uşağın bioloji valideynlərinin kimliyi) çox önəmli məsələdir. Daşıyıcı analıq zamanı uşağın bioloji anası və onu bətnində gəzdirən qadın fərqli olduqda, bu, nəsəb məsələsində qarışıqlığa səbəb ola bilər.
Digər səbəb isə budur ki, bu işdə ailə quruluşu pozulur. Uşağın başqa qadının bətnində böyüməsi ailə münasibətlərini, xüsusilə ana–övlad bağını qeyri-müəyyən və mübahisəli vəziyyətə gətirir.
Məhz buna görədir ki, İslam Fiqh Akademiyası (OIC) və “əl-Əzhər” alimləri kimi nüfuzlu fiqh müəssisələri surroqat analığı, istər ödənişli, istər ödənişsiz olsun qadağan hesab etmişlər.
Nəticə olaraq, İslamın fiqh əsaslarına əsasən, daşıyıcı analıq üçüncü bir qadının iştirak etdiyi haldır və bu,nikahsız bir xanımla icazəli deyildir. Sözügedən hal,ancaq nikahda olan qadınla yolveriləndir ki, bu da çoxarvadlılığın qanuni şəkildə icazəli verildiyi ölkələrdə kişinin nikahda olduğu digər xanımı ilə mümkündür. Əks halada kişinin nikahda olmadığı bir qadınla daşıyıcı analığa icazə verilmir. Bu vəziyyətailə bağlarının mühafizəsi, nəsəbin təmiz saxlanılması və evlilik institutunun qorunması ilə əlaqələndirilir".

Qeyd edək ki, aparıcı Tarix Əliyev bir neçə gün öncə övladının surroqat anadan dünyaya gəldiyini və Azərbaycanda bu prosesin olduğunu bildirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top