“Kanalizasiya suları çox ciddi ekoloji və sanitariya riskləri daşıyır. Tərkibində ağır metallar, zərərli kimyəvi maddələr, herbisid qalıqları, zülallar, yağlar, yağ turşuları olur, həmçinin bakteriyalar və viruslar ola bilər”.
Bunu Demokrat.az-a Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov deyib.

O bildirib ki, Xəzər dənizi sahillərində kütləvi məskunlaşmadan sonra bu sahədə vəziyyət çətinləşib:
“Ekologiya Nazirliyi də vətəndaşlara müraciət ünvanlayıb ki, dənizin hər yerində çimmək olmaz, çünki bəzi yerlərdə kanalizasiya sularının qarışması baş verib. Vətəndaşlar bu məsələdə ayıq olmalıdırlar.
Bakıda və Abşeron yarımadasında sahilboyu ərazilərdə məskunlaşma 1990-cı illərin əvvəllərindən çox sürətlə getməyə başladı. Qarabağ müharibəsindən sonra qaçqın dalğası oldu, bəzi insanlar özbaşına evlər tikirdilər. Bu ərazilərdə heç bir kanalizasiya şəbəkəsi yox idi. Bu proses sanitar xidmətlərinin pisləşməsinə, ekoloji vəziyyətin gərginləşməsinə səbəb oldu”.
Ekspert bildirib ki, hazırda Bakının su təchizatı və çirkab sularının xidmətinin yaxşılaşdırılması sxemləri mövcuddur:
“Bu sxemlərə əsasən Pirşağıda və Lökbatanda su təmizləmə məntəqələri olacaq. Pirşağıdakı artıq hazırdır, demək olar. Bundan sonra həmin ərazilərdə kanalizasiya suları təmizlənəcək. Bunlar çox qiymətli sulardır, təmizləndikdən sonra kənd təsərrüfatında, bağ və parkların sulanmasında istifadə edilə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az