Tanınmış reper Eyyub Yaqubovun repertuarına müraciət etdi — VİDEO/FOTO

ŞOU-BİZNES 07 iyul 2025, 13:20

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki,  reper yeni mahnısının giriş hissəsində Eyyub Yaqubovun repertuarına müraciət edib.

Jah Khalib "Бакинка" adlanan yeni mahnısında Xalq artisti Eyyub Yaqubovun 1999-cu ildə təqdim etdiyi "Бакинка" mahnısından qısa hissə təqdim edib.

Layihə reperin "YouTube" kanalında yayımlanıb.

Qeyd edək ki, "Bakinka" mahnısı Eyyub Yaqubovun repertuarında ən çox sevilən və tanınan mahnılardan biridir.

Mahnının musiqisi Aleksandr Rodinə, sözləri isə Leonid Tabolskiyə məxsusdur.



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top