“Verilişdə müğənnilərə gələn hədiyyələr saxtadır”

ŞOU-BİZNES 05 iyul 2025, 14:25
"Çox xahişlə bu studiyaya bir ifaçı gəldi. Bilinmirdi ki, nədir. Böyük bir gül dəstəsi gətirdi, onu buraxmadım. Özü verilişdə oturdu. Mənə dedi ki, gülü buna verim, guya, kimsə göndərib. Məndə sifət çöndü. Dedim, yox, belə iş görə bilmərəm".

Demokrat.az xəbər verir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu verilişində deyib. O, proqram zamanı müğənnilərə gələn bahalı hədiyyələrin saxta olduğunu, göstəriş üçün edildiyini deyib:

"Verilişlərdə kiməsə gül gəlirsə, əmin olun özü özünə gətizdirir. İstər gül, qızıl, maşın, ev -  əmin olun ki, yalandır. Toyda pulu alır və səpələyir ki, guya şabaş verirlər. Həmin pulun çoxu da saxtadır. Hər yerdə satılır. Alıb verirlər ki, toyda səpin. Dünən peyda olub, guya buna maşın gətirirlər, qızıl verirlər".(Axşam.az) Sezar

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top