Marketdən bu formada məhsulu almaq risklidir — XƏBƏRDARLIQ

SOSİAL 05 iyul 2025, 17:30
"Süd, qatıq, pendir və kərə yağı kimi yüksək risk qrupuna aid olan məhsullar +2°C-dən +6°C-yə qədər soyuq şəraitdə saxlanmalıdır. Marketdə bu məhsulların soyuducularda düzgün yerləşdirilmədiyini müşahidə etsəniz, həmin məhsulları almaq risklidir. Çünki uyğun olmayan temperaturda saxlanılan məhsullarda bakteriyalar sürətlə çoxala bilir".

Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Asim Vəli deyib. 

O bildirib ki, növbəti diqqət edəcəyimiz məqam məhsulun görünüşü və qablaşdırmasıdır: 



"Qabda şişmə, sızma və ya deformasiya varsa, bu, məhsulun xarab olmasının göstəricisidir. Məhsulun rəngi, qoxusu və konsistensiyası da onun təzəliyini göstərir".

Fabrik istehsalı, yoxsa təbii ev üsulu ilə hazırlanmış ağartı məhsullarının daha keyfiyyətli olmasından danışan ekspert deyib ki, burada bir neçə məqam var:

"Fabrik istehsalı məhsullar standartlara uyğun olaraq, sanitar və gigiyenik şəraitdə hazırlanır, laborator analizlərdən keçir və keyfiyyət sertifikatlarına malik olur. Bu, onların təhlükəsizliyi baxımından üstünlük yaradır. 

Təbii, ev üsulu ilə hazırlanan məhsullar isə daha orqanik və qatqısız olur. Bu məhsulların saxlanma şəraiti, mikrobioloji təmizliyi və nəzarət səviyyəsi aşağı ola bilər. Əgər həmin məhsullar güvənilən yerdən alınırsa və təzədirsə, bu, daha yaxşı seçimdir. Belə məhsulların qida dəyəri yüksəkdir".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top