“Əvvəllər bir çox post-sovet ölkələrinin Azərbaycanda filialları var idi. Dövlət imtahanında uğursuz olan abituriyentlər imtahansız həmin universitetlərə qəbul olunurdular, sonra çox rahat şəkildə istədikləri ali məktəbə köçürülürdülər. Sonradan o filiallar bağlandı, indi dövlət imtahanından aşağı bal yığanlar yol axtarırlar ki, hansısa ölkənin ali məktəbinə qəbul olunsunlar. Həmin universitetlər də onları qəbul edirlər ki, say çox olsun, gəlir gəlsin”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib.
O bildirib ki, qəbul imtahanlarında aşağı nəticə göstərənlər peşə məktəblərinə üz tutmurlar, peşə təhsilinin təşviqi aşağı səviyyədədir:
“Bizim əsrimiz peşə əsridir, yaxşı peşəyə sahib olanlar əmək bazarında da yer tuta bilirlər. Bizdə hələ ki, kütləvi ali təhsil alma sindromu var – "qonşudan dala qalma" prinsipi ilə. Ona görə qəbulda aşağı nəticə göstərənlər müxtəlif ölkələrin universitetlərinə attestatla qəbul olurlar. Düşünürəm ki, bunun qarşısını özəl məktəblər ala bilərdilər, lakin insanlarda özəl universitetlərə güvən yoxdur, təhsil haqqı da yüksəkdir. Onların bir qismi hərbi xidmətdən yayınmaq üçün bu yolu seçir. Düşünürəm ki, onlar əmək bazarında da iş tapa bilmirlər”.
Etibar Əliyev son olaraq təklif edib ki, qəbul imtahanında aşağı nəticə göstərən abituriyentlər üçün universitetlərin nəzdində hazırlıq kursları yaradılsın.
Cavidan Mirzəzadə
Demokrat.az