"Rusiyanın Ermənistanda 102-ci bazası yerləşir və bu baza, Rusiyanın xaricdə olan hərbi bazaları içərisində ən çox silah arsenalına və şəxsi heyətə malik bazadır. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra müəyyən qədər təzyiq rıçaqlarından istifadə edərək bu bazanın şəxsi heyətinin sayının azaldılması, bazanın əhəmiyyətinin azaldılması istiqamətində addımlar atdı. Məsələn, Rusiya hərbçilərinin nəzarət etdiyi sərhəd buraxılış məntəqələri və hava limanından onların çıxarılması bu istiqamətdə atılan mühüm addımlar idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, ümumilikdə, baza hələ də öz aktuallığını qoruyub saxlayır:
"Bütün bunlara baxmayaraq, Rusiya son günlərdə bazada aktiv hərəkətlilik nümayiş etdirir. Ya şəxsi heyətin sayı artırılır, ya da silah arsenalı möhkəmləndirilir. Bu isə Ermənistanı ciddi narahat edir.
Xüsusilə hazırda Ermənistan daxilində siyasi vəziyyətin gərgin olduğunu, kilsə ilə hökumət arasında ciddi mübarizənin getdiyini nəzərə alsaq, vəziyyət daha da mürəkkəbləşir. Bundan başqa, Rusiyada yaşayan erməni əsilli milyarder Qaripikyanın Ermənistana qayıtması və onun ətrafında baş verən istintaq, vaxtilə Rusiyaya bağlı Qarabağ klanının fəallaşması Moskvanın təsir imkanlarının artdığına işarədir. Bu qüvvələrin Paşinyana qarşı çevriliş planları ehtimalını gücləndirir".
Politoloqun sözlərinə görə, bu səbəbdən Ermənistan rəhbərliyi Rusiyaya xəbərdarlıq edir:
"Əgər baza ölkənin daxili proseslərində iştirak edərsə, onun ölkədən çıxarılması üçün hüquqi əsas yaranacaq. Ermənistanın bu hüququ var, çünki baza yalnız xarici təcavüz halında Ermənistanın müdafiəsi məqsədilə fəaliyyət göstərməlidir. Əgər baza başqa ölkəyə qarşı və ya Ermənistanın daxili işlərinə qarışmaq üçün istifadə olunarsa, bu tamamilə yolverilməzdir və fəaliyyətinə son verilə bilər.
Əfsanə Kamal
Demokrat.az