"Rəqəmsal ticarət platformaları yerli və xarici bazarlarda investor davranışlarının formalaşmasında mühüm rol oynayır" — Direktor

MALİYYƏ 07 iyul 2025, 16:16
"Müasir dövrdə rəqəmsal ticarət platformaları həm yerli, həm də xarici bazarlarda investor davranışlarının formalaşmasında mühüm rol oynayır. Xüsusilə, müasir tətbiqlər vasitəsilə xarici bazarlarda ticarət edən müştərilərlə yerli bazar iştirakçıları arasında fərqli yanaşmalar müşahidə olunur".

Demokrat.az
xəbər verir ki, bu sözləri ABB Invest-in direktoru Nadir Babazadə bu gün keçirilən mətbaut konfransında deyib. 

O bildirib ki, hal-hazırda xarici bazarlarda fəaliyyət göstərən tərəfdaş və müştərilərin ticarət dövriyyəsi və maliyyə öhdəlikləri olduqca böyükdür:

"Müştərilərin ümumi qarşı tərəfə olan qiymətli kağız borcu təxminən 500 milyon ABŞ dollarını aşır. Bu, təkcə mövcud dövrdəki vəziyyəti göstərir və əslində ümumi dövriyyə bundan qat-qat çoxdur.
Xarici bazarda fəaliyyət göstərən aktiv müştərilər əsasən mavi tətbiq üzərindən ticarət edir. Bu bazarda daha çox Amazon, Google, Tesla, Nvidia, Intel kimi texnologiya nəhənglərinin səhmlərinə maraq göstərilir. Qeyd edilməlidir ki, xarici bazarda 4 mindən çox ticarət aləti mövcuddur və bu, müştərilərə geniş investisiya imkanları yaradır".

Onun sözlərinə görə, yerli bazarda isə IPO dövründə 33 mindən çox rəqəmsal hesab açılıb:

"Post-IPO dövründə isə bu rəqəm 3 minə yaxın olub. Bu, müştərilərin abunəlik və investisiya maraqlarının davam etdiyini göstərir. Müştərilər, xüsusilə IPO-lar zamanı rəqəmsal platformalar vasitəsilə daha çox iştirak etməyə meyllidirlər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top