Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “Sülh kəsişməsi” iddiasını yenidən gündəmə gətirib. Bu layihə nədən ibarətdir və digər kommunikasiya xəttləri üçün nə dərəcədə effektiv iddiaya malikdir?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsü, əslində, Zəngəzur dəhlizi məsələsindən diqqəti yayındırmaq məqsədi daşıyır:

“Ermənistan bu layihəni regiondakı real geosiyasi proseslərə alternativ kimi təqdim etməyə çalışır. Zəngəzur dəhlizinin açılması isə artıq qaçılmaz görünür və Ermənistan rəhbərliyi də bunun fərqindədir. Sadəcə olaraq, bu dəhlizin açılması baş verəndə, bunu “Sülh kəsişməsi” adı ilə ictimaiyyətə təqdim etməyə çalışacaqlar. Burada İranın da ciddi müqaviməti var. Xüsusilə Zəngəzur dəhlizinin açılması fonunda regiondakı balansın dəyişəcəyindən narahatdır.
Eyni zamanda, ABŞ da İran üzərindən keçən hər hansı regional nəqliyyat layihəsinə soyuq yanaşır. Zəngəzur dəhlizinin açılması böyük ehtimalla baş verəcək. Ermənistan hökuməti də bunun fərqindədir. Sadəcə olaraq, bu məsələni “Sülh kəsişməsi” kimi təqdim etməklə ictimai rəydə yumşaltmağa çalışırlar. Gələcəkdə dəhliz açılanda da, bunu bir sülh təşəbbüsü kimi təqdim edəcəklər”.
Leyla Turan
Demokrat.az