Azərbaycanda bu bankın müştəriləri ABŞ xarici bazar ticarətində də ticarət apara biləcək

MALİYYƏ 07 iyul 2025, 16:30
"Xarici bazarda API broker olan "DriveWealth" şirkəti ilə birgə layihəmiz var. İstənilən müştərimiz öz adından investisiya edə bilər. Bu sənədlər birbaşa sizin adınıza alınır və bu sizi bir neçə riskdən qoruyur. Gələcəkdə kontragent riski, hər hansı bir hadisə sizə təsir etməyəcək.
Sizin üzərinizdə qalan sadəcə indeks riski olacaq. Bugündən etibarən ABŞ xarici bazar ticarətində səhmlərin əsas sahələrində ticarət apara bilərsiniz".

Demokrat.az
xəbər verir ki, bu sözləri "ABB Invest"in direktoru Nadir Babazadə bu gün keçirilən mətbaut konfransında deyib. 



"İlin sonuna qədər biz, yerli qiymətli kağızlar bazarında olduğu kimi eləcə də xarici bazar üçün də ticarəti mümkün edəcəyik. İşlər başlanıb, ilin sonuna təqdim ediləcək. Müştərilər rahat şəkildə ABŞ ticarət olunan istinad kağızlar üzərində ticarət edə biləcəklər". 

O bildirib ki, Mərkəzi Bank tərəfindən kapasitiv lisenziyalaşdırma standartları tətbiq edilib:

"Bizim hazırlıq səviyyəmiz bu istiqamətdə yüksəkdir və nəticələr çox qənaətbəxşdir. Standartların tələblərinə tam cavab veririk və bu da müştərilər üçün maksimum şəffaflıq və təhlükəsizliyin təmin olunması deməkdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top