Daşınmaz əmlakın qiyməti bahalaşacaqmı? — AÇIQLAMA

İQTİSADİYYAT 02 iyul 2025, 17:16
Regionda baş verən hərbi-siyasi gərginliklər, təkcə birbaşa iştirakçı ölkələrə deyil, eyni zamanda region ölkələrinin iqtisadiyyatına da dolayı təsir göstərə bilər. Bu kontekstdə Azərbaycanın daşınmaz əmlak bazarı da istisna təşkil etmir. 

Bununla bağlı Demokrat.az-a açıqlamasında əmlak sahəsində məsləhətçi və daşınmaz əmlak üzrə ekspert Elçin Mehdiyev deyib ki, geosiyasi qeyri-müəyyənliklər investor davranışına birbaşa təsir edir:

“Mümkün İran-İsrail qarşıdurması Cənubi Qafqaz regionunda gərginliyi artırarsa, bu, Azərbaycanda da iqtisadi qərarların təxirə salınmasına və bazarda gözləmə mövqeyinin güclənməsinə səbəb ola bilər. Belə vəziyyətlərdə daşınmaz əmlak alqı-satqısı azalır, bazar müvəqqəti olaraq durğunlaşa bilər. 

Eyni zamanda, regionda münaqişə ehtimalının artması xarici investorların risk dəyərləndirmələrinə təsir edə, ölkəyə birbaşa investisiya axınında ləngimələr yarada bilər. Bu da tikinti sektoru və iri layihələrə təsir etməklə, əmlak bazarında yeni təkliflərin azalmasına səbəb ola bilər. 

Daşınmaz əmlak bazarına təsir yalnız iqtisadi göstəricilərlə deyil, əhalinin psixoloji gözləntiləri ilə də bağlıdır. Məsələn, insanlar münaqişə ehtimalını real sayırlarsa, sərmayə qərarlarını təxirə sala, nağd vəsait saxlamaya üstünlük verə bilərlər. Bu da bazarda hərəkətsizliyi artırır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top