Rusiyanın Azərbaycana təzyiqinin səbəbi budur — DETALLAR

GÜNDƏM 28 iyun 2025, 14:01
“Rusiyanın miqrantlara qarşı siyasətinin kökündə dayanan səbəblərdən birincisi, Rusiyanın hazırda Ukrayna savaşında düşdüyü çətin vəziyyətlə bağlıdır. Belə ki, Rusiya bu savaşda ciddi insan itkilərinə məruz qalıb və bu itkilərin yerini doldurmaq kifayət qədər problemlidir. Miqrantların zorla savaşa, ön cəbhəyə göndərilməsinə də onlar razı olmurlar. Məhz bu səbəbdən onlara qarşı münasibət sərtləşib”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, ikinci səbəb, Rusiya cəmiyyətində şovinistlərin aktivləşməsidir:


“Üçüncü səbəb hesab edirəm ki, Rusiya öz imperiya missiyalarını həyata keçirmək üçün keçmiş post-sovet ölkələri üzərində yenidən öz təzyiqini artıraraq nəzarətə götürməyə çalışır. Rusiya məhz miqrantlar vasitəsilə keçmiş post-sovet ölkələrini təhdid edir”.

Politoloqun sözlərinə görə, Azərbaycan ona görə Rusiyanın əsas hədəfindədir ki, Rusiyanın təsir dairəsindən tam kənardadır:

“Azərbaycan müstəqil siyasət yeridir. Bu müstəqil siyasət Rusiyanı qane etmək üçün son 6–7 ayda Azərbaycana qarşı təzyiqlər başlanıb, bunun bir istiqaməti də məhz miqrantlarla bağlı məsələdir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top