Müəllimlərlə bağlı bu fikir qeyri-səmimidir — Ekspert

GÜNDƏM 24 iyun 2025, 12:50
“Sertifikasiya imtahanından kəsilən müəllimlərin müqaviləsinə xitam verilirsə, onların aldığı maaşla təqaüdə göndərilməsi təmin edilə bilər. Əgər humanist addım atmaq istəyiriksə, həmin şəxslərə bu cür imkan tanıya bilərik”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, sertifikasiya prosesinin mahiyyətini hər kəs dərk etməlidir:



“Sertifikasiya təhsilin sağlamlaşdırılmasına, inkişaf etməsinə, müasir çağırışlara cavab verməsinə, insanlar bilgili və bacarıqlı formalaşmasına hesablanıb. İnsanlar arasında sorğu keçirsək ki, övladınıza hansı müəllim dərs desin? Hər kəs deyəcək ki, ən yaxşı, ən bacarıqlı müəllim. Hər kəs ən yaxşı müəllimi axtardığı halda, durub qeyri-səmimi olaraq iki sertifikasiya imtahanını dəyərləndirə bilməyən, 30 bal toplaya bilməyən bir şəxsi müdafiə edir. Bu, məsələyə adekvat yanaşma deyil. Bu mövzuda humanizm bağışlanılmır. Biz çalışmalıyıq ki, təhsildə ən bacarıqlı, ən savadlı şəxslər olsun”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyun 2025, 15:25
Top