Həkim: "Meyvə və tərəvəzlərdən zəhərlənmə halları artıb"

GÜNDƏM 13 iyun 2025, 18:11
Bu ilin may-iyun aylarında 8 nəfər qarpızdan zəhərlənib. Bildirilib ki, bu il may-iyun ayları ərzində KTM-in Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib. Məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və ölüm halı qeydə alınmayıb.

Məsələ ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda meyvə və tərəvəzlərdən zəhərlənmə halları artmaqda davam edir:



“Son illərdə bu sahədə müşahidə olunan artım ciddi narahatlıq doğurur. 2024-cü ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 93 nəfər zəhərlənmə diaqnozu ilə müraciət edib. Həmin şəxslərdən 4-ü həyatını itirib. Zəhərlənmələrin əsas səbəblərindən biri pestisid və gübrələrin normadan artıq istifadə olunmasıdır. Bəzi məhsulların mövsümdən əvvəl yetişdirilməsi də kimyəvi maddələrin artıqlığına səbəb olur. Bazarlarda və küçə satıcılarında məhsulların düzgün saxlanmaması zəhərlənmə riskini artırır. Mövsümi məhsullara üstünlük verilməsini tövsiyə edirəm. Meyvə və tərəvəzlər bol su ilə yaxşıca yuyulmalıdır. Etibarlı və nəzarət olunan satış nöqtələrindən məhsul almaq tövsiyə olunur. Məhsulların düzgün saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Zəhərlənmə əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət olunmalıdır. Qida təhlükəsizliyi hər kəsin sağlamlığı üçün önəmli məsələdir. İctimai maarifləndirmə və diqqətli davranış bu sahədə riskləri azalda bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 10:30
14 iyun 2025, 10:18
Top