Qurbanlıq bazarında vəziyyət “qızışdı”: Qiymətlər qalxdı

GÜNDƏM 06 iyun 2025, 13:15
Bu gün Qurban bayramının ilk günüdür. Bayram münasibətilə Bakıda qurbanlıq heyvanların satışı ən yüksək həddə çatıb.

Demokrat.az
xəbər verir ki, “Yeni Sabah”ın satış məntəqələrindən əldə etdiyi məlumata görə, qiymətlərdə artım müşahidə olunur.

Hazırda paytaxtdakı satış nöqtələrində ən kiçik quzuların çəkisi 14-15 kiloqram arasında dəyişir. Diri çəkidə 1 kiloqramın qiyməti isə 11 manatdır. Tək-tək ərazilərdə 1 manat ucuza təklif olunur. Məlumat üçün bildirək ki, cəmi iki həftə əvvəl bu rəqəm daha aşağı olub. 

Satıcıların sözlərinə görə, adətən qurbanlıq quzuların çəkisi 28-35 kiloqram arasında olur. Bu da bir heyvanın ümumi qiymətinin təxminən 300-385 manat arasında dəyişməsinə səbəb olur.

Qiymət artımı əsasən yem və nəqliyyat xərclərinin yüksəlməsi ilə əlaqələndirilir. Alıcılar isə son gün olmasına baxmayaraq, bəzi yerlərdə qiymətlərin bir qədər də artdığını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top