Bu şəxslərin nəzərinə — Pensiyaya tez çıxa bilərsiniz

GÜNDƏM 06 iyun 2025, 12:13
Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də pensiya ilə bağlıdır.  Bu istiqamətdə pensiya yaşı, pensiya kapitalı kimi müxtəlif məsələlərə cavab axtarılır. Vətəndaşları ən çox düşündürən məsələlərdən biri də kimlərin daha tez pensiyaya çıxmaq hüququnun olmasıdır. 

Demokrat.az
xəbər verir ki, hüquqşünas Nurtac Xəlilova bu məsələyə aydınlıq gətirib. O bildirib ki, ağır və zərərli işlərdə azı 12 il 6 ay işləyən kişilər və azı 10 işləyən qadınlar üçün pensiya yaşı 5 il azaldılır: 

“Eləcə də 5 və daha çox uşaq dünyaya gətirib onu 8 yaşınadək tərbiyə edən və ya əlilliyi olan uşağını 8 yaşınadək böyüdən analara da eyni güzəşt tətbiq edilir. Bundan başqa, 25 il xidmət edən hərbi qulluqçular, 35 işləyən prokurorluq əməkdaşları və bir sıra dövlət qulluqçuları da yaşa görə pensiyaya tez çıxmaq hüququna malikdirlər. Həmçinin lilipud və cırtdanboy şəxslərin 5 il sığorta stajı olduqda pensiyaya 20 il tez çıxa bilirlər”. 
(Cebheinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top