İlahiyyatçı Tural İrfan bildirib ki, İslamda matəm üç gündür. Ondan sonra yas tutmaq haramdır. İmam Hüseynin şəhidliyi ilə bağlı keçirilən mərasimlər sonradan formalaşan siyasi addımlardır.
Demokrat.az bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli fikirlərini öyrənib.
O bildirib ki, İslam dini yalnız bir inanc sistemi deyil, eyni zamanda zəngin və əhatəli bir mədəniyyət sistemidir:
“Bu sistemin təməlini Quran ayələri, çərçivəsini isə hədislər və Peyğəmbərimizin (s.ə.s) sünnəsi təşkil edir. İnsan həyatının bütün mərhələləri doğum, həyat, ailə qurmaq, sevinc və kədər, eləcə də ölüm bu sistemin içində mənalandırılır. Ölüm İslamda son deyil, yeni bir başlanğıcdır. Müsəlman inancına görə, bu dünya müvəqqəti bir sınaq yeridir, əbədi həyat axirətdə başlayır. Qurani-Kərimdə Bəqərə surəsinin 234-cü ayəsində qadının həyat yoldaşı vəfat etdikdə onun üçün dörd ay on gün yas saxlamasını uyğun görür. Bu da göstərir ki, bəzi hallarda kədər və yasın daha uzun müddət davam etməsi dini baxımdan qadağan deyil. Xüsusilə şəhid ailələri məsələsində yanaşmamız daha həssas və anlayışlı olmalıdır. Vətən uğrunda canından keçənlərin ailələrinin dərdinə şərik olmaq bizim milli və mənəvi borcumuzdur. Onların yanlarında olmaq, acılarını paylaşmaq, zaman-zaman onların xatirəsini yad etmək və bu istiqamətdə keçirilən məclislərdə iştirak etmək sadəcə bir ənənə deyil, həm də vicdan borcudur. Bu, sadəcə yas saxlamaq deyil, onların dərdinə dərman olmaq, dəyərlərinə sahib çıxmaq anlamına gəlir”.
İlahiyyatçı əlavə edib ki, unutmaq, susmaq və laqeyd qalmaq bu ağrıları yenidən yaşamaq deməkdir:
“Kərbala hadisəsi və İmam Hüseynin (ə) şəhadəti də bu mənada bizim üçün bir məktəbdir. Ədalət, haqq uğrunda mübarizə və fədakarlığın zirvəsi olan bu hadisə sadəcə kədər günü deyil, eyni zamanda ibrət və düşüncə günüdür. Eyni şəkildə, Xocalı soyqırımı da bir millət kimi yaddaşımızda daim yaşamalıdır. Qəbir ziyarəti də İslamda yalnız ölüyə hörmət deyil, həm də diri üçün bir ibrət dərsidir. Hər bir qəbir ziyarəti insanı fanilik üzərinə düşünməyə, axirətə yönəlməyə, nəfsin tərbiyəsinə çağırır. Dini hökmləri bildirərkən çox diqqətli olmalıyıq. Hər bir hökmün arxasında Quran, sünnə və etibarlı fiqh mənbələri dayanmalıdır. Əks halda, şəxsi fikirlərimizi dinin adı ilə təqdim etmək, yanlış təsəvvürlərə yol açar. İnsanlarımıza, xüsusilə də şəhid ailələrimizə qarşı anlayışlı, mərhəmətli və mənəvi dəstəkverici yanaşmalar sərgiləmək bizim həm dini, həm də milli borcumuzdur”.
Leyla Turan
Demokrat.az