Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi

GÜNDƏM 30 may 2025, 14:01
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi təsdiqlənib.

Demokrat.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunması ilə bağlı ötən ay Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Saziş imzalanıb.(Qafqazinfo)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top