Son günlər Azərbaycanda avtomobil qiymətlərinin ucuzlaşması müşahidə olunur. Bildirilir ki, bu, birbaşa Çin markalı maşınlarla əlaqəlidir. Belə ki, Çinin BYD şirkəti bu ilin may ayında təqdim etdiyi 22 elektrik və hibrid modelin qiymətini 10-34 faiz arasında endirib. Bu da bazarda rəqabəti gücləndirib və xüsusilə avtomobilini satmaq istəyən şəxslər üçün müəyyən çətinliklər yaradıb.
Demokrat.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov “globalinfo.az”a açıqlamasında hazırda Azərbaycan avtomobil bazarında qeyri-sağlam rəqabətin mövcud olduğunu bildirib.
“Rəsmi servis mərkəzlərinin bir qismi artıq avtomobil satışını həyata keçirə bilmirlər. Buna görə də fəaliyyətlərini dayandırmaq ehtimalını müzakirə edirlər. Onlar rəsmi fəaliyyət göstərdikləri üçün servis mərkəzləri açır, böyük investisiyalar yatırır, yüzlərlə insanı işə götürür və vergi ödəyirlər. Lakin fərdi şəxslər Çin istehsalı olan, nümayəndəsi olmayan, zəmanətsiz və keyfiyyətsiz maşınları ucuz qiymətə idxal edib bazarda satırlar. Nəticədə Azərbaycanda belə avtomobillərin inhisarçılığı yaranır. Bu vəziyyət rəsmi satış mərkəzlərinin bağlanmasına və işsizliyin artmasına yol açacaq”, - ekspert əlavə edib.