Əxlaqa zidd verilişlər artıb, yığışdırılmalıdır — Tahir Rzayev

GÜNDƏM 31 may 2025, 12:23
“Sosial şəbəkələrdə, eləcə də TV kanallarda dəyərlərə zidd verilişlərin, çıxışların təşkili ailələrin sağlamlığına, onların qorunmasına mənfi təsir göstərir. Biz ailələri möhkəmləndirməliyik, çünki uşaq, gənc ailədə yetişir. Ailənin möhkəm olması, sağlam vətəndaş yetişdirmək deməkdir”.

Bunu Demokrat.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib. O bildirib ki, son illərdə  bəziləri tərəfindən milli-mənəvi dəyərlərə yanlış münasibət hökm sürür:

“Bir çoxları bu mövqedən çıxış edərək, ailə institumuzu zəiflətməyə çalışırlar. Məhz bunun nəticəsidir ki, boşanmalar artıb, ailələrdə problemlər çoxalıb.

Ona görə də milli-mənəvi dəyərlərə zidd olan, ailə institutunun formalaşmasına ziyan vuran TV verilişlərinin yığışdırılmasının vaxtı çatıb. Son illərdə belə verilişlər TV kanallara ayaq açıb yeriyir, gündən-günə bayağı, əxlaqımıza zidd olan verilişlər özünə TV kanallarda daha çox imkan tapır. Bu da ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Bununla bağlı hamımız fikir bildirməli, mübarizə aparmalıyıq”.

Xatırladaq ki, ötən gün parlamentin iclasında deputat Ceyhun Məmmədov ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının tərəfdarı olduğunu qeyd etmişdi.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top