Amerika biznesinin Ukraynada olması bizim üçün çox vacibdir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımda qeyd edib.
Rusiya tərəfindən hücuma məruz qalan "Flextronics" (Mukaçevo) fabrikinin fəaliyyətini yenidən bərpa edilməsi istiqamətində lazım olan hər şeyi edəcəklərini bildirən Ukrayna Prezidenti ABŞ investisiyasının ölkəsi üçün əhəmiyyətli olduğunu qeyd edib.
Xatırladaq ki, sözügedən fabrik ABŞ investisiyalı elektronika istehsalı zavodudur. Avqustun 21-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib və raketlərdən biri "Flextronics" zavoduna düşüb. Bu hücumda 17 nəfər yaralanıb, onlardan bəziləri hələ də xəstəxanadadır.