Hollivudun məşhur aktyorları Ancelina Coli və Bred Pittin arasındakı buzlar əriyir. Fransız şərab zavodu Chateau Miraval ilə bağlı məhkəmədə görüşən eks-cütlük razılığa gəlməyi düşünürlər.
Demokrat.az xəbər verir ki, buna səbəb Ancelinanın xəstəliyinin stressə görə yenidən aktivləşməsindən qorxması olub.
O, mənfi enerjinin bir müddət əvvəl müalicə aldığı xərçəngi təhrik edəcəyindən narahatdır.
Aktrisaya yaxın mənbənin sözlərinə görə, o, “sadəcə həyatına davam etmək istədiyi” üçün keçmiş ərindən barışıq istəyib. Bred Pitin hələlik nə cavab verdiyi məlum olmasa da bildirilir ki, fitnes-trener İnes de Ramon ilə evlənməyi planlaşdıran Pitt fikrindən daşınıb. Bu da eks-cütlüyün yenidən bir araya gələcəyi ehtimalını yaradır.
Qeyd edək ki, cütlük 2008-ci ildə məşhur şərab zavodunu almışdı. 2014-cü ildə aktyorların toy mərasimi də elə orada baş tutmuşdu. Lakin boşandıqdan sonra Coli şərab zavodundaki payını rusiyalı iş adamı Yuri Şeflerə satıb. Pitt isə bu qərarla razılaşmayıb. 2022-ci ilin fevralında o, aktrisanın payının satışının ləğv edilməsini tələb etmək üçün məhkəməyə müraciət edib. (bizim.media)