Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonunun Uzunoba kəndi ərazisində keçən hissəsində iki VAZ markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfərdən biri ölüb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Nəzakət Əli qızı Əsgərova müalicə aldığı xəstəxanada vəfat edib.
Qəzada xəsarət alan digər iki qadının müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.