İvanişvilinin bitkoinlərini OĞURLADI — Azərbaycanla sərhəddə SAXLANILDI

HADİSƏ 27 may 2025, 12:03
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədən qaçmış Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri, Gürcüstan və Rusiya vətəndaşı olan Georgi Baçiaşvilini Azərbaycanla sərhəddə saxlayıb.

Demokrat.az xəbər verir ki, o, Gürcüstanın keçmiş baş naziri, hakim “Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilinin kriptovalyutasını mənimsəməkdə təqsirli bilinərək qiyabi olaraq 11 il həbs cəzasına məhkum edilib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Baçiaşvilini Azərbaycanla sərhəddə, “Qırmızı körpü” və “Sadahlı” sərhəd-keçid məntəqələri arasında yerləşən və “yaşıl sərhəd sahəsi” adlandırılan hissədə saxlayıblar.

Martın əvvəlində külli miqdarda pul mənimsəməkdə və qeyri-qanuni gəlirləri leqallaşdırmaqda təqsirli bilinən Baçiaşvili gizli şəkildə Ermənistana, oradan isə, ehtimal ki, Qətərə və BƏƏ-yə qaçıb.

Qeyd edək ki, ona qarşı cinayət təqibi 2023-cü ildə Bidzina İvanişvilinin müraciəti əsasında başlanılıb. 2015-ci ildə İvanişvili və Baçiaşvili kriptovalyuta mədənçiliyinə müvafiq olaraq 5 milyon və 1,3 milyon dollar sərmayə qoyublar. İstintaqın məlumatına görə, Baçiaşvili daha sonra keçmiş baş nazirin təxminən 40 milyon dollar dəyərində bitkoinlərini mənimsəyib, daha sonra isə həmin vəsaitləri xaricdə leqallaşdırıb. (Musavat.com)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 may 2025, 13:27
Top