YapiKredi Müraciət Forması
Hava

Bu rayona 3 sm qar yağıb

Bu rayona 3 sm qar yağıb

Milli Hidrometeorologiya Xidməti oktyabrın 24-ü saat 10:00-a olan hava şəraitini açıqlayıb. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Şahdağda qar örtüyünün hündürlüyü 3 santimetrə çatıb.

Ölkə ərazisində yağışlar bəzi yerlərdə leysan xarakterli və intensiv olub. Bakı və Abşeronda düşən yağıntının miqdarı 7 millimetrə çatıb. Bölgələrdən ən çox yağış Kişçayda qeydə alınıb. Burada göstərici 47 millimetr təşkil edib.

Oktyabrın 23-ü gecə saatlarında Şəki rayonunda gözlənilməz təbiət hadisəsi baş verib. Oxud və Kişçay kəndlərinə xırda dolu düşüb.

Beləliklə, respublika ərazisində kəskin hava şəraiti özünü büruzə verib.